Ərdoğan Ukrayna üzrə öz planını təqdim edəcək

   Ərdoğan Ukrayna üzrə öz planını təqdim edəcək
  18 Noyabr 2024    Oxunub:559
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 19-20 noyabrda Braziliyada keçiriləcək toplantısında Ukraynadakı vəziyyətlə bağlı təklifini təqdim etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, Türkiyə liderinin planı ilə tanış olan mənbələrin “Bloomberg” agentliyin ə ötürdükləri məlumata görə, Rəcəb Tayyib Ərdoğanın təklifi bu müddəaları ehtiva edəcək.

1.Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirələrin ən azı 10 il təxirə salınması;
2. Donbassın şərq hissəsində hərbisizləşdirilmiş zona yaratmaq və “əlavə təminat kimi” orada beynəlxalq qoşunlar yerləşdirmək;
3. NATO-ya üzv olmaqdan imtinası qarşılığında örə kompensasiya kimi Kiyevin hərbi təchizatla təmin olunması.


Trampın komandası Ukrayna ilə bağlı təkliflərini verib
Qeyd edək ki, təxminnə 10 gün əvvəl mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçid administrasiyasının Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün yeni ssenarini müzakirə etdiyini və bənndən ibarət plan təklif etdiyini yazmışdı. Əslində, Türkiyə prezidentinin təkilfləri həmin plandan, demək olar ki, fərqlənmir.

“Türkiyə hakimiyyəti bu yanaşmanı ən real hesab sayır. Hərçənd, Ukraynanın bu təkliflə razılaşmasının çətin olacağını etiraf edirlər. Türkiyə rəsmiləri Rusiyanın zəbt etdiyi ərazilərin taleyinin uzunmüddətli perspektivdə müzakirəsini təxirə salmaq və əsas diqqəti sabit atəşkəsin təmin olunmnasına yönəltmək istəyirlər”, - agentlik vurğulayır.

“Bloomberg” bildirir ki, Ərdoğan Zelenskini İstanbuldakı sülh danışıqlarında iştirak etməyə razı salmağa ümidlidir. Çünki Türkiyə prezidenti öyüşlərin dayanmayacağı təqdirdə Ukraynanın yaxın bir neçə ay ərzində daha çox ərazi itirə biləcəyini göstərən kəşfiyyat məlumatlarını oxuyub.

Agentliyin fikrincə, Ukraynanın NATO-ya üzvlüyünün onları Rusiya ilə birbaşa münaqişəyə aparacağından ehtiyatlanan Kiyevin bəzi müttəfiqləri Ərdoğanın planını dəstəkləyə bilərlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ərdoğan   Ukrayna   sülh  





Xəbər lenti