Fransız siyasətçi hər kəsi NATO-dan qurtulmağa çağırdı

 Fransız siyasətçi hər kəsi NATO-dan qurtulmağa çağırdı
  18 Noyabr 2024    Oxunub:553
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot diqqət çəkən fikirlər səsləndirib.
O, "X" sosial şəbəkəsində paylaşım edərək NATO əleyhinə çağırışlar edib. Fransız siyasətçi ABŞ-nin Kiyevə ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsini pisləyib. Filippotun sözlərinə görə, bu qalmaqallı qərardan sonra Qərb NATO-dan imtina etməlidir.

ABŞ Kiyevə Rusiya ərazilərinə zərbə endrimək üçün nə vaxt icazə verib? - VİDEO
"Bizim hakimiyyəti öz əlinə ala biləcək və NATO-dan birdəfəlik xilas olmaq üçün addımlar atacaq ağıllı insanlara ehtiyacımız var", - o, yazıb.

Filipponun sözlərinə görə, ABŞ öz qərarı ilə üçüncü dünya müharibəsini başlatmağa çalışır.

Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   NATO  





Xəbər lenti