ABŞ-də meymunçiçəyinin yeni ştammına ilk yoluxma halı qeydə alınıb
Hadisə bu yaxınlarda Afrikadan gələn şəxsdə müəyyən edilib. Ona tibbi yardım göstərilib. O, digər insanlarla təmasdan təcrid olunub və sağalmaq üzrədir. Xəstəlik aşkarlanana qədər həkimlər onun təmasda olduğu hər kəsdən də analiz götürüblər.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, ABŞ Afrikadan kənarda daha aqressiv hesab edilən yeni ştammına yoluxma halı qeydə alınan altıcı ölkə oldu.
AzVision.az
Teqlər: