Borrel: “Avropa təhlükədədir”

   Borrel:    “Avropa təhlükədədir”
  12 Noyabr 2024    Oxunub:690
Avropa təhlükədədir və o, hər dörd ildən bir ABŞ seçicilərinin rəyindən asılı ola bilməz
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel İspaniyanın “El Pais” qəzetinə müsahibəsində belə iddia ilə çıxış edib.

“Son illər məndə bəzən səhrada təbliğatla məşğul olduğum hissi yaranırdı. İnsanlar bizim daha çox müdafiə imkanlarına malik olduğumuzu düşünsünlər deyə, Ukraynada müharibə tələb olunurdu”, - Borrel əslində kollektiv Qərbin hansı “prinsip”lər çərçivəsində ukraynalıları müharibəyə sürüklədiyini etiraf edib.

Bunun ardınca, səlahiyyət müddətinin bitməsinə 3 həftədən də az qalan avropalı məmur Aİ vətəndaşlarına müdafiə xərclərinin artırılmasının zəruriliyini izah etməyin vacibliyini vurğulayıb. O, Avropanın sursat istehsalı gücünün artıq təxminən 40% artırıldığını da diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Borrel   Avropa   təhlükə  





Xəbər lenti