Nazir: Yaşıl ixtisasların inkişafı prioritet istiqamətlərimizdəndir

   Nazir:    Yaşıl ixtisasların inkişafı prioritet istiqamətlərimizdəndir
  12 Noyabr 2024    Oxunub:614
COP29 kimi böyük və mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir. Xüsusilə ətraf mühit və maliyyələşmə kimi əsas mövzular haqqında gözləntilər var.
BBunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq:

“PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Eyni zamanda, universitetlərin dayanıqlı inkişafı ilə bağlı bizi böyük bir tədbir gözləyir. COP29 tədbirlərindən sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işimiz daha da sürətlənəcək.

Çünki PISA 2029-da ətraf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki ölçülməyə əsaslanmış dəlil yoxdur. İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək. Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir.

Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir. Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti