Zurabişvili yeni parlament seçkiləri keçirməyə çağırıb
“Gürcüstan dərin siyasi böhrana girir, avropalı dostlarımız bizə gəliblər. Bu, yaxşı əlamətdir ki, Avropa bizi öz əlindən buraxmır və Avropada Gürcüstana və onun xalqına inanırlar. Gürcüstan demokratik hakimiyyətə malik olmayan demokratik ölkədir. Gürcüstanda ölkənin bütün qurumlarını ələ keçirən birpartiyalı hakimiyyət var və biz son birpartiyalı saxta seçkilərdə nəticə əldə etdik”, - Tbilisiyə gələn səkkiz Aİ ölkəsinin parlament komitələrinin rəhbərləri ilə keçirdiyi birgə mətbuat konfransında Salome Zurabişvili deyib.
Gürcüstan prezidentinin iddiasına görə, bu gün yalnız yeni parlament seçkiləri təyin etməklə ölkəni siyasi böhrandan çıxmaq olar. Çünki yeni seçkilər əsasında Gürcüstan cəmiyyəti legitim parlamentə, legitim hökumətə və vaxtı çatanda legitim prezidentə malik ola bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Zurabişvili Avropa seçkilər