Rusiya Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi təsdiq edib

Rusiya Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi təsdiq edib
  09 Noyabr 2024    Oxunub:664
Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin ratifikasiyası haqqında qanunu imzalayıb.
AzVision.az xəbər verir ki, sənəd 2024-cü il iyunun 19-da Pxenyanda imzalanıb və oktyabrın 15-də Putin tərəfindən ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib. Müqavilənin preambulasında bildirilib ki, sənəd Rusiya Federasiyası və KXDR xalqlarının əsas maraqlarına cavab verir və “sülhün, regional və qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir”.

Sənədə əsasən, tərəflər öz dövlətlərinin qanunvericiliyini və beynəlxalq öhdəliklərini nəzərə almaqla, dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsipləri və dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa aid məsələlər, bərabərlik və beynəlxalq hüququn digər prinsiplərinə əsaslanan ümumi strateji tərəfdaşlıq münasibətlərini daim dəstəkləyir və inkişaf etdirirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti