Filarmoniyada Zəfər Gününə həsr olunan konsert keçirildi

Filarmoniyada Zəfər Gününə həsr olunan konsert keçirildi
  09 Noyabr 2024    Oxunub:1313
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə hər olunan silsilə konsertlər keçirilib.
AzVision.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində də bayram konserti təşkil olunub.

Konserti izləyən arasında mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, rəsmilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Konsertdən öncə akademik Rafael Hüseynov çıxış edərək tariximizin parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizin əhəmiyyətindən danışıb.

Sonra söz musiqiyə verilib. Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarəçiliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solist Əməkdar artist Ramil Qasımov çıxış edib.

Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası (librettosu akademik Rafael Hüseynova məxsusdur), O.Zülfüqarovun “Şənlən, mənim xalqım!”, Y.N.Şəfəqin “Zəfər valsı”, S.Rəhimovanın “Zəfər nidası” simfonik poeması, Niyazinin “Türk marşı” və C.Quliyevin “Əsgər marşı” əsərləri səsləndirilib.


Teqlər:





Xəbər lenti