İranda bir SEPAH hərbçisi öldürülüb

İranda bir SEPAH hərbçisi öldürülüb
  08 Noyabr 2024    Oxunub:429
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hərbçisi terrorçularla silahlı insidentdə ölüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Əməliyyatlar üzrə sözçüsü Əhməd Şəfai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, vilayətin Rask rayonunda baş verən insidentdə 4 terrorçu zərərsizləşdirilib.

Şəfai terrorçulara məxsus avtomobildən çoxlu miqdarda silah-sursat götürüldüyünü deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti