Mask və Kennedi hakimiyyətin Trampa verilməsinə kömək edirlər

   Mask və Kennedi hakimiyyətin Trampa verilməsinə kömək edirlər
  07 Noyabr 2024    Oxunub:677
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasının əsas sponsoru olmuş amerikalı milyarder İlon Mask və siyasətçi Robert Kennedi hakimiyyətin indiki Ağ Ev administrasiyasından növbəti hakimiyyətə keçməsində iştirak edən komanda ilə görüşlərə qatılıblar.

AzVision.az Amerikanın “ABC News” telekanalına istinadən xəbər verir ki, sözügedən görüş Donald Trampın “Mar-a-Laqo” malikanəsində baş tutub.

“Trampın öz hökumətini formalaşdırmağa hazırlaşması fonunda Mask və Kennedi Mar-a-Laqoda hakimiyyətin keçidi məsələləri ilə məğul olan yüksək vəzifəli məmurlarla görüşlərdə iştirak ediblər”, - telekanalın yayımladığı xəbərdə vurğulanır.

Əvvəllər İlon Maskı və Robert Kennedini özünün ən yaxın tərəfdarları adlandıran Donald Tramp, yenidən seçiləcəyi təqdirdə onları gələcək administrasiyada “nüfuzlu vəzifələrə” təyin edəcəyinə söz verib.

Mask möhtəkirlərlə mübarizədə Trampa dəstək verəcək
Qeyd edək ki, “Tesla” və “SpaceX” şirkətlərinin təsusatçısı İlon Mask prezident seçilmiş Donald Trampın administrasiyasında vəzifə alacağı təqdirdə, ABŞ-dəki federal agentliklərin sayını ixtisar etməyə çalışacağını və möhtəkirliklə mübarizə aparmaqda yeni prezidentə kömək edəcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Mask   Kennedi  





Xəbər lenti