Qəzza ilə bağlı danışıqlar davam edir - “The Times of Israel”

   Qəzza ilə bağlı danışıqlar davam edir    - “The Times of Israel”
  05 Noyabr 2024    Oxunub:399
ABŞ Fələstinin HƏMAS hərəkatının Misirin qısamüddətli atəşkəs təklifini rədd etməsi barədə məlumat yaymışdı. Buna baxmayaraq vasitəçilər razılığa gəlməyə çalışırlar və danışıqlar hələ də davam edir.
Bu fikirlər “The Times of Israel”də dərc olunan məqalədəndir. Nəşr proseslərdən məlumatlı olan diplomatik mənbəyə istinad edib.

MAP: "Qəzzada xəstəxanalar hücuma məruz qalır"
O deyib: “Razılaşmaya nail olmaq üçün bütün variantlar masa üzərindədir və tərəflər necə cavab verəcəklərini müəyyən etmək üçün ABŞ seçkilərinin nəticələrini izləyirlər”.
Misirin təklifində 12 günlük atəşkəs tələb edilir ki, bu müddət ərzində HƏMAS rəsmiləri dörd israilli girovu azad etməlidirlər. Bundan sonra tərəflər daimi atəşkəs barədə danışıqlar aparacaqlar.

Bundan əvvəl Səudiyyənin “Əl Ərəbiyyə” xəbər kanalı bildirmişdi ki, HƏMAS rəhbərliyi Misirin təklifini İsrailin mümkün hərtərəfli razılaşmanın bir hissəsi hesab edəcəyi təqdirdə qəbul etməyə hazırdır. HƏMAS mənbələri Səudiyyə Ərəbistanının “Asharq News” kanalına isə açıqlama veriblər ki, təşkilat ayrı-ayrı kiçikmiqyaslı razılaşmalardansa, yəhudi dövləti ilə hərtərəfli həll razılaşmasına üstünlük verir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS  





Xəbər lenti