Dünya Trampı dəstəkləyir, yoxsa Harrisi? - "The Economist"dən araşdırma

   Dünya Trampı dəstəkləyir, yoxsa Harrisi?    - "The Economist"dən araşdırma
  04 Noyabr 2024    Oxunub:822
Tezliklə ABŞ-də prezident seçkiləri baş tutacaq və dünyada respublikaçı Donald Trampdan çox Demokratlar Partiyasının namizədi Kamala Harris dəstəklənir.
Bu fikirlər "The Economist"də dərc olunan məqalədəndir.

78 milyon amerikalı vaxtından əvvəl səs verib
Nəşr "Globescan" konsaltinq və sosioloji firması ilə birgə iki ay ərzində 29 ölkədə və Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində 30 min insan arasında sorğu keçirib. Bütün ölkələrdə orta hesabla respondentlərin 45%-i demokrat xanım siyasətçiyə, 33% isə Trampa üstünlük verib.

“Avropada fərq daha geniş görünür: 55% demokratların qələbəsini istəyir. Trampı seçən isə cəmi 26% olub", - Nəşr yazıb.

Məqalə müəllifi qeyd edib ki, bir sıra ölkələrdə - Argentina, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Türkiyə və Vyetnamda respublikaçı namizəd bütün yaş qruplarında demokratı qabaqlayıb. Burada Trampa üstünlük verilməsinin bir neçə səbəbi var. Güclü siyasətçinin ABŞ-də idarəçiliyi ələ almasına ehtiyac yaranıb. Həmçinin, Bayden administrasiyasının Yaxın Şərq siyasətlərinə qarşı qəzəbin artması da səbəblərdəndir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Seçki   Tramp  





Xəbər lenti