MAP: "Qəzzada xəstəxanalar hücuma məruz qalır"

   MAP:    "Qəzzada xəstəxanalar hücuma məruz qalır"
  04 Noyabr 2024    Oxunub:804
"Qəzza zolağının şimalındakı hər üç xəstəxana: "Kamal Ədvan", "Övdə" və İndoneziya xəstəxanaları mütəmadi hücuma məruz qalır".
Bu barədə Böyük Britaniyada fəaliyyət göstərən Fələstinlilərə Tibbi Yardım Təşkilatının (MAP) bəyanatında vurğulanır. Bildirilir ki, tibb ocaqları raket və pilotsuz uçuş aparatlarının (PUA) atəşinə məruz qalır.

"İsrail davamlı təzyiq siyasətinin bir hissəsi kimi Qəzzanın şimalında fələstinlilərin sağ qalmasını qeyri-mümkün hala gətirməkdədir. Beynəlxalq ictimaiyyət bu prosesin cavabsız qalmasına imkan verməməlidir", - bəyanatda vurğulanır.
Al-Jazeera: "ABŞ UNRWA-ya qoyulan qadağaya qarşı çıxmalıdır"

Xatırladaq ki, İsrail, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinın (UNRWA) bu ölkədə fəaliyyətinə qadağa qoyub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   MAP   Qəzza   xəstəxana  





Xəbər lenti