Mossad: "HƏMAS ilə razılığa gəlmək şansı azdır"

   Mossad:    "HƏMAS ilə razılığa gəlmək şansı azdır"
  04 Noyabr 2024    Oxunub:1049
"Vətəndaşlarımızın HƏMAS əsirliyindən qurtulmaları naminə atılan çoxsaylı addımlara baxmayaraq, terror təşkilatı ilə hətta qismən razılığa gəlmək şansımız çox azdır".
Bu sözləri İsrail xarici kəşfiyyat xidməti "Mossad"ın rəhbəri David Barnea ölkənin "Kanal 12" telekanalına açıqlamasında dilə gətirib.
İsrail BMT Agentliyi ilə əməkdaşlığına xitam verib

"İsrail tərəfinin nümayəndə heyətir HƏMAS ilə əsir mübadiləsinə dair razılaşma ilə əlaqədar müzakirə aparmaq üçün Dohaya yollansa da, məhbusların ailələri diqqətə çatdırırlar ki, terrorçularının razılığa gəlmə şansl çox kiçikdir. Hər halda, Qətər və ya Misirin təklifi ilə bağlı vasitəçilərdən rəsmi cavab almamışıq, ona görə də gözləmək lazımdır", - kəşfiyyat rəhbəri bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə   danışıqlar  





Xəbər lenti