Die Zeit: “Moskva və Kiyev gizli danışıqlar aparırlar”

      Die Zeit:    “Moskva və Kiyev gizli danışıqlar aparırlar”
  04 Noyabr 2024    Oxunub:970
Ukrayna və Rusiya arasında mümkün kompromislər barədə gizli danışıqlar gedir.
AzVision.az xəbər verir ki, Almaniyanın məlumatlı mənbələrə istinad edən “Die Zeit” qəzeti Moskva və Kiyevin siyasi müşavirlər səviyyəsində mümkün qarşılıqlı güzəştləri müəyyən etmək üçün gizli danışıqlar apardığını yazır.

Nəşrin yaydığı məlumata görə, tərəflər enerji infrastrukturu obyektlərinə qarşılıqlı hücumlardan çəkinmək, əsirlərin mübadiləsi, taxıl müqaviləsinin bərpası və ukraynalı uşaqların geri qaytarılması, eləcə də ilhaq edilmiş Krımın gələcək taleyini müzakirə edirlər. Görüşlər Kiyev, Davos, Kopenhagen, Ciddə və digər şəhərlərdə baş tutub. Onlarda G7 ölkələrinin və Çinin nümayəndələri iştirak ediblər.

“Artıq məsələ danışıqların baş tutub-tutmayacağında yox, bunun nə vaxt və necə baş verəcəyi sualıdır”, - qəzetin siyasi şöbəsinin redaktoru Alis Bota vurğulayıb.

FT: “Rusiya və Ukrayna danışıqlar aparırlar”
Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniyanın “Fnancial Times (FT)” nəşri də Ukraynanın Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsi nəticəsində avqustda əldə olunmuş razılaşmanın pozulmasından sonra danışıqların Qətərin vasitəçiliyi ilə bərpa edildiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   danışıqlar  





Xəbər lenti