İsrail BMT Agentliyi ilə əməkdaşlığına xitam verib

 İsrail BMT Agentliyi ilə əməkdaşlığına xitam verib
  04 Noyabr 2024    Oxunub:1045
İsrail Parlamenti ("Knesset") Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinın (UNRWA) bu ölkədə fəaliyyətinə qadağa qoyan qanun layihəsini təsdiqləyib.
Bu barədə İsrailin UNRWA-dəki nümayəndəsi Denny Danon "X" hesabında məlumat yayıb. Onun sözlərinə görə, qərar barədə xəbər BMT Baş Assambleyanın sədri Filemon Yanqa çatdırılıb.

"HƏMAS terrorçularının UNRWA struktruna sızmasını ilə bağlı BMT-yə irəli sürdüyümüz çoxsaylı sübutlara baxmayaraq, təşkilat bu problemin həlli istiqamətində hər hansı addım atmadı. İsrail dövləti yalnız humanitar təşkilatlarla əməkdaşlığı aparmağın tərəfdarıdır.

Xatırladaq ki, ötən ilin 7 oktyabrında Fələstinin HƏMAS terror təşkilatı İsrailə gözlənilməz hücum həyata keçirib və nəticədə indiyədək davam edən müharibə başlayıb. İsrail bu hücumda UNRWA-nın bir sıra əməkdaşının iştirakı barədə BMT-yə sübutlar təqdim edib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   BMT   HƏMAS   münaqişə  





Xəbər lenti