Ərdoğan müxalifət liderini və İstanbul merini məhkəməyə verib

   Ərdoğan müxalifət liderini və İstanbul merini məhkəməyə verib
  02 Noyabr 2024    Oxunub:378
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəri və onu təmsil edən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu onun ünvanına işlətdikləri təhqiramiz ifadələrə görə məhkəməyə verib.
AzVision.az xəbər verir ki, Türkiyənin “A Haber” telekanalı Ərdoğanın vəkili Əhməd Özelə istinadən yaydığı məlumatda Türkiyə prezidenti mənəvi təzminat kimi onların hər birindən 1 milyon türk lirəsi (29 min dollar) tələb etdiyi bildirilir.

İddialara səbəb oktyabrın 31-də İstanbulda keçirilən mitinqdə müxalifət nümayəndələrinin terror fəaliyyətində ittiham əsasında həbs edilən Esenyurt yerli bələdiyyəsinin başçısı Əhmət Özərin həbs ilə bağlı Ərdoğana qarşı açıqlamaları olub.

CHP-nin üzvü olan Özər prokurorluğun orderi əsasında həbs edilib. Hüquq-mühafizə orqanlarında onun terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) rəhbərliyinin nümayəndələri ilə çoxsaylı telefon danışıqları barədə məlumat var. Cinayət Məcəlləsinin “Silahlı terror təşkilatı PKK-nın fəaliyyətində iştirak” maddəsi ilə məhkəmə tərəfindən həbs edilən Özgür Özər vəzifəsindən uzaqlaşdırılıb. Oktyabrın 31-də isə İstanbulda CHP-nin çağırışı ilə şəhərin ən böyük bələdiyyəsinin başçısına dəstək aksiyası keçirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Özər   məhkəmə  





Xəbər lenti