Rusiya Finlandiyaya etiraz notası göndərdi
“Səfirlik Finlandiyada Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Oktyabrın 29-da Finlandiyanın Məhkəmə İcraçıları Xidmətinə xidmətin məhdudlaşdırıcı tədbirlər gördüyü 40-dan çox obyektin siyahısı daxil olub. Bütün qeyd olunan daşınmaz əmlak Rusiya Federasiyasına məxsusdur”, - məlumatda qeyd olunub.
Səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək, respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirib:
“Ümid edirik ki, Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacaq”.
AzVision.az
Teqlər: