BDU ilə ATU arasında anlaşma memorandumu imzalanıb

BDU ilə ATU arasında anlaşma memorandumu imzalanıb
  25 Oktyabr 2024    Oxunub:660
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universiteti (ATU) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AzVision.az ki, bu münasibətlə keçirilən tədbirdə BDU-nun rektoru Elçin Babayev və ATU-nun rektoru Gəray Gəraybəyli çıxış edərək hər iki universitetin kifayət qədər elmi, kadr potensialına, infrastruktura malik olduğunu söyləyiblər.

Qeyd edək ki, memorandum hər iki universitetin elmi-tədqiqat imkanlarını genişləndirmək, regional və qlobal səviyyədə təsir gücünü artırmaq, multidisiplinar tədqiqatlar və innovasiyalar vasitəsilə yeni elmi nəticələr əldə etmək, tədris proqramlarını yeniləmək, tibb və biomühəndislik sahələrində birgə elmi nailiyyətləri praktiki sahəyə tətbiq etmək məqsədi daşıyır. Bununla yanaşı, texnologiyaların transferi ilə yeni məhsul və xidmətlər yaratmaq, tələbə və müəllim mübadiləsi proqramları, təlim və təcrübəkeçmə vasitəsilə insan kapitalının inkişafına töhfə vermək, biologiya və tibb sahələrində yeni araşdırmalar aparmaq, əhalinin sağlamlığını qorumaq üçün sosial layihələr həyata keçirmək və səhiyyə sahəsində müasir yanaşmaları təşviq etmək nəzərdə tutulur.

AzVision.az





Teqlər:





Xəbər lenti