Zakir Həsənov Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışdı

   Zakir Həsənov Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışdı
  12 Oktyabr 2024    Oxunub:391
Müdafiə naziri Zakir Həsənov bu il 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin təşkilatçılığını yüksək qiymətləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini yüksək qiymətləndirib.

"Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücumu vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsi əsas tələblərdən biridir", - o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti