Texas Universitetində azərbaycanlı drijorun konserti olub - VİDEO

Texas Universitetində azərbaycanlı drijorun konserti olub -    VİDEO
  07 Oktyabr 2024    Oxunub:398
Texas Universitetində ABŞ-da yaşayan azərbaycanlı musiqiçi Fərhad Xudiyevin konserti olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a bildiriblər ki, konsertdə Fərhad Xudiyevin dirijorluğu ilə Texas Universiteti Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən seçilmiş parçaları, eləcə də bəstəkarlar Donald Gransamın (Donald Grantham) və İqor Stravinskinin əsərlərini ifa edib.

Qeyd edək ki, F.Xudiyev 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu-Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən 2020-ci ilədək Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışıb. Hazırda Texas Universitetində dirijorluq sənətini tədris etməklə yanaşı, ali təhsil ocağının simfonik orkestrində musiqi rəhbəri vəzifəsində işləyir. Həmvətənimiz, həmçinin “Beethoven 25” qızıl medalına sahibdir və dünyanın müxtəlif ölkələrinin orkestrləri ilə çıxış edir.

Xatırladaq ki, cari il aprelin 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Xudiyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Musiqi Körpüsü ABŞ-Azərbaycan” adlı konserti keçirilib.



AzVision.az



Teqlər:





Xəbər lenti