Alimlər üzümdən ekoloji təmiz nanohissəciklər əldə ediblər

Alimlər üzümdən ekoloji təmiz nanohissəciklər əldə ediblər
  17 Avqust 2024    Oxunub:1584
Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən Kimya və Texnologiya Universitetinin alimləri üzüm və əkin çətənəsinin ekstraktlarından ekoloji cəhətdən təmiz nanohissəciklər yaradıblar.
Tədqiqatın nəticələri "RSC Advances" elmi jurnalında işıq üzü görüb. Üzüm və çətənə ekstraktı ilə gümüş nitrat və tetraxloraurat turşusunun qarışdırılması nəticəsində bimetal nanohissəciklər (AgAuNPs) əmələ gətirilib.

Proses ultrabənövşəyi diapazonda spektrofotometriya, şəffaf elektron mikroskopiyası və rentgen şüalarının difraksiyasının müşayiəti ilə həyata keçirilib. Belə bir metod alimlərə bimetal nanohissəciklərin strukturunu və xassələrini ətraflı öyrənməyə imkan verib.

Hissəciklərin bakteriyalar üzərində təsiri ilə bağlı sınaq da uğurlu alınıb. Biosintetik hissəciklər "pseudomonas aeruginosa" bakteriyasının bir neçə ştamına qarşı əhəmiyyətli antimikrobial təsir göstərib. Bildirilir ki, bu yeni kəşf patogen mikroorqanizmlərin böyüməsinin, antibiotiklərə davamlı infeksiyalarla mübarizədə biofilmlərin əmələ gəlməsinin qarşısını alır.

Firudin Həmidli
AzVision.az


Teqlər: elm   nanohissəcik   bitki  





Xəbər lenti