Bakalavr təhsil pilləsinə qeydiyyat prosesi rəqəmsallaşdırılacaq

Bakalavr təhsil pilləsinə qeydiyyat prosesi rəqəmsallaşdırılacaq
  19 İyul 2024    Oxunub:965
Yaxın gələcəkdə bakalavr təhsil pilləsinə qeydiyyat prosesinin rəqəmsallaşması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Onun sözlərinə görə, bu ildən Azərbaycan Texniki Universiteti ilə tamamilə kağızsız formada qeydiyyat prosesinin həyata keçirilməsi planlaşdırılır: "Yaxın gələcəkdə bakalavr, ondan sonra rezidentura və doktorantura üçün qeydiyyat və qəbul elektron qaydada həyata keçiriləcək".

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) sədrinin müavini Rəşad Sadıxov sistemin üstünlüklərindən danışıb, kağıssız formada qeydiyyatın üstünlüklərini diqqətə çatdırıb.
O, qeyd edib ki, sözügedən layihə ilə bağlı artıq bir neçə universitetdə də işlər başlayıb,

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti