Məşhur sovet aktyoru vəfat etdi

Məşhur sovet aktyoru vəfat etdi
  11 İyun 2024    Oxunub:828
Sovet və rus aktyoru, məşhur teatr xadimi, rejissor, pedaqoq, Rusiya Federasiyasının əməkdar artisti Yuri Kondratyev vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Aktyorun qızı Yelena Kondratyeva sosial şəbəkə hesabında kədərli xəbəri təsdiqləyib. Qeyd edilir ki, Kondratyev iyunun 10-da - uzun sürən xəstəlikdən sonra vəfat edib.

Sənətçi Rusiya kino və teatr tarixinə bir sıra rolları ilə düşüb. Onun repertuarında, ən məşhur və sevilən tamaşalardakı rolları bu gün də xatırlanır. “Buratinonun sərgüzəştləri”ndə Karabas-Barabas, “Ələddinin sehrli çırağı”nda vəzir, “Zoluşka”dakı kral buna misal ola bilər. Bundan başqa, “ Çəkməli pişik” və digər filmləri də misal çəkmək olar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti