"Marvin" öldü

"Marvin" öldü
  07 İyun 2024    Oxunub:1022
Məşhur amerikalı aktyor Tom Bauer vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Qeyd edilir ki, ulduz aktyor bir neçə gün öncə Los-Ancelesdəki malikanəsində yuxuda olarkən ölüb. Kədərli xəbəri nəşrə aktyorun gəlini Meri Miller verib.

Bauerin ən məşhur rolları “Uoltonlar” serialındakı Katris Uillard və Con MakKleynlə birlikdə çəkildiyi məşhur "Die Hard 2" (1990) filmində cinayətkarların qarşısını alan Marvin obrazı olub.

Aktyor həmçinin Entoni Hopkinsin baş rolda olduğu “Nikson” filmində də çəkilib. Tom ABŞ-nin 37-ci prezidentinin atasını canlandırıb. O həmçinin "Pis leytenant" (2009) filmində də rol alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktyor  





Xəbər lenti