Prezident onlara Dövlət Mükafatları verdi - SİYAHI

   Prezident onlara Dövlət Mükafatları verdi -    SİYAHI
  27 May 2024    Oxunub:1495
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram:

2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

Texnika sahəsi üzrə

Vaqif Məcid oğlu Fərzəliyev “Xüsusi təyinatlı sürtkü yağlarının

Həqiqət Əliəşrəf qızı Cavadova yaradılması və istehsalının təşkili”

Əfsun Rəzzaq oğlu Sucayev kompleks elmi-texniki işinə görə

Mədəniyyət sahəsi üzrə

Mehriban Zaur qızı Ələkbərzadə Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə".

AzVision.az



Teqlər:





Xəbər lenti