Slovakiyanın Baş naziri Azərbaycana gəlib - YENİLƏNİB

   Slovakiyanın Baş naziri Azərbaycana gəlib -  YENİLƏNİB
  06 May 2024    Oxunub:1207
Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

* * *

17:15
Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycana yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə Slovakiya mətbuatı məlumat yayıb.

Baş nazirin Prezident İlham Əliyevlə görüşü, habelə bir sıra sənədin, o cümlədən strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması nəzərdə tutulur

AzVision.az


Teqlər: Slovakiya   Azərbaycan   Baş-nazir   səfər  





Xəbər lenti