Əl-Cəzirə telekanalının Qüdsdəki ofisində axtarışlar aparılır

   Əl-Cəzirə telekanalının Qüdsdəki ofisində axtarışlar aparılır
  05 May 2024    Oxunub:1230
Qətərin Əl-Cəzirə telekanalının Qüdsdəki ofisində axtarış aparılır. Bu barədə The Times of Israel xəbər verir.
Polis əməkdaşları telekanalın ofisinə gələrək yayım avadanlıqlarını götürüb və binanın qapılarını bağlayıblar. Qeyd olunur ki, təhlükəsizlik qüvvələri kanal əməkdaşlarının mobil telefonlarını da müsadirə edir.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahu telekanalın ölkədə yayımına qadağa qoyub.

Xatırladaq ki, mayın 5-də İsrail hökuməti “Əl-Cəzirə”nin ölkədə yayımının qadağan edilməsini yekdilliklə dəstəkləyib. Qərar Qəzza zolağında baş verən müharibə ilə əlaqədar milli təhlükəsizliyə təhlükə yaradan medianın ölkədə qadağan edilməsinə icazə verən qanun çərçivəsində qəbul edilib.

Əl-Cəzirə rəhbərliyi ona ünvanlanan bütün bəyanatları rədd edərək, onları təhrik adlandırıb və vəkilləri qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti