İranla İsrail arasında gərginlik yenidən alovlanacaq - Rusiya XİN

   İranla İsrail arasında gərginlik yenidən alovlanacaq -   Rusiya XİN
  05 May 2024    Oxunub:1160
"Fələstin-İsrail münaqişəsinə görə İran və İsrail arasında gərginlik yenidən arta bilər. Moskva tərəfləri zorakılığın yeni mərhələsinin təhlükəli xəttindən geri çəkilməyə çağırır" .
Bunu RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Aleksandr Kinşçak deyib.

Diplomatın sözlərinə görə, Rusiya öz imkanlarından istifadə edərək İsrail və İranı münaqişədən çəkindirməyə çalışır və tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırır. Əks halda nəticələr gözlənilməz ağır olacaq.

O, əlavə edib ki, Tehran hərbi eskalasiyanın daha da artmasında maraqlı deyil. İsraillə regional və beynəlxalq gündəmdə olan geniş mövzular üzrə dialoq aparılır.

Aprelin 1-də İsrail Dəməşqdə İran səfirliyinin yanındakı binaya zərbələr endirib. Nəticədə İran konsulluğu dağılıb və əməkdaşları yaralanıb.

Aprelin 14-nə keçən gecə isə İran İsrailə 200-dən çox raket və PUA-larla hücuma keçib. Tehran bunu ölkənin Suriyadakı konsulluğuna hücuma cavab adlandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti