Tarixin ən iri ilanının qalıqları aşkarlanıb - FOTO

Tarixin ən iri ilanının qalıqları aşkarlanıb    - FOTO
  20 Aprel 2024    Oxunub:1785
Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər.
Bu barədə tədqiqatçılar “Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə yazıblar.

Tədqiqatçılar hesab edirlər ki, o, “Madtsoiidae” ailəsinin ən böyük üzvü sayılan ilanın uzunluğu 15 metrə çatıb (avtobusdan daha uzun – red.).

Tapılan sürünən bir çox fərdi xüsusiyyətlərə əsaslanaraq yeni növ kimi təsnif edilib və ənənəvi olaraq Şiva tanrısının boynunda təsvir olunan mifik ilanının şərəfinə “Vasuki indicus” adlandırılıb.

Mütəxəssislərin fikrincə, ilan ölkədə təxminən 47 milyon il əvvəl yaşaya bilərdi.


AzVision.az



Teqlər: İlan  





Xəbər lenti