Alimlər süni intellektlə əksər xəstəlikləri müalicə edə biləcəklər

  Alimlər süni intellektlə əksər xəstəlikləri müalicə edə biləcəklər
  19 Aprel 2024    Oxunub:4417
"Alimlər süni intellektdən istifadə etməklə 3-5 il ərzində əksər xəstəliklərin mahiyyətini anlaya və onların müalicəsini tapa biləcəklər".
Bu fikri Amerikanın Moderna biotexnologiya şirkətinin baş direktoru Stefan Bansel deyib. "Bir xəstəliyi başa düşürsənsə, onun sağalmasının yolunu tapa bilərsən. 3-5 ildən sonra alimlər indi anlamadığımız xəstəliklərin əksəriyyətini anlayacaqlar. Bu, bəşər tarixində ilk dəfə olacaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, alimlərin araşdırmaları əvvəllər müalicəsi çətin olan xəstəliklərlə daha effektiv mübarizə aparmağa kömək edəcək: "İnsanların hələ də xərçəngdən ölmələrinin və Altsheymer xəstəliyindən əziyyət çəkmələrinin səbəbi bu xəstəliklərin biologiyasını başa düşməməyimizdir."

Bancel bildirib ki, süni intellekt alətləri əczaçılıq şirkətlərinə yeni dərmanlar hazırlamağa kömək edəcək və mütəxəssislərə ürək xəstəliyi kimi xəstəlikləri daha yaxşı diaqnoz etməyə imkan verəcək.

Şirkət rəhbəri əlavə edib ki, "Moderna" alimləri artıq elmi tədqiqatlarda süni intellekt alətlərindən istifadə edirlər ki, bu da onlara əvvəllər mümkün olmayan nəticələr əldə etməyə imkan verir. "Moderna" RNT əsaslı dərman preparatları hazırlayır. Şirkət fəal şəkildə COVID-19 üçün peyvənd hazırlayırdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti