Keçmiş XİN rəhbəri: "Səfirin Parisə çağırılması ciddi problem deyil"

 Keçmiş XİN rəhbəri:  "Səfirin Parisə çağırılması ciddi problem deyil"
  17 Aprel 2024    Oxunub:924
Xəbər verdiyimiz kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Bundan sonra prezident Emmanuel Makron səfiri qəbul edib.
Məsələni AzVision.az -a şərh edən keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bunun adi diplomatik prosedur olduğunu deyib. O səfirin çağırıldığı kimi də Bakıya geri qaytarılacağını söyləyib:

XİN Fransa səfirinin getməsinə münasibət bildirib
"Səfirin geri çağırılmasında hansısa böyük bir problem yoxdur. Bu məsələ ilə bağlı xarici işlər nazirliyi də bəyanat verib. Ola bilsin ki, Ann Buayonu Parisə gətirib müəyyən məsləhətlər verdikdən sonra geri göndərəcəklər", - keçmiş nazir qeyd edib. O, bu cür proseslərin adi diplomatik hadisə kimi qiymətlənrib. Elmar Məmmədyarov hətta ABŞ-nin iki ilə yaxındır ki, Azərbaycana səfir təyin etməməsini də xatırladıb.

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, hazırda Parislə Bakı arasında soyuq münasibətlər yaranıb. Əlaqələrin bu səviyyəyə düşməsi isə bilavasitə Fransanın günahı ucbatından olub:



"Rəsmi Paris yeri gəldi-gəlmə Azərbaycanın daxili işlərinə qarışır. Fransa ermənilərə hər cür dəstək verməklə onları Bakıya qarşı qaldırmağa çalışır. Bundan başqa Parisdə oturanlar Azərbaycanla Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsində rəsmi İrəvana birtərəfli üstünlük qazandırmağa cəhd edirlər. Ola bilsin ki, səfir təlimatlandırıldıqdan sonra yenidən vəzifə başına qayıdacaq. Yaxud da, daha millətçi, ara qarışdıran birini Azərbaycana göndərə bilərlər".

Q.Hüseynlinin sözlərinə görə, Fransa Azərbaycana hədsiz dərəcədə ədalətsiz davranır:

"Ölkəmizə hər fürsətdə kin küdurət qusurlar. Bizim istənilən səfiri qəbul etməmək səlahiyyətimiz var. Baş verən proseslər xoş niyyətlərdən doğmur, bunlar bəd niyyətlərdən xəbər verir".

Həmidə İbrahimova

AzVision.az




Teqlər:   Fransa   Azərbaycan  





Xəbər lenti