Qüdsdə polis yaralanıb

 Qüdsdə polis yaralanıb
  30 Aprel 2024    Oxunub:985
Qüdsdə İsrail polisi bıçaqlanıb. Bu barədə polisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Köhnə şəhərdə baş verib. Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yerindəcə zərərsizləşdirilib. Kan dövlət televiziya və radio şirkətinin məlumatına görə, asayiş keşikçisi başından orta dərəcəli xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Bunun terror aktı cəhdi olduğuna dair şübhələr var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti