"Dünən Hadı ilə bir məclisdə idik, deyib-gülürdü" - Cavanşir Paşazadə

 "Dünən Hadı ilə bir məclisdə idik, deyib-gülürdü" - Cavanşir Paşazadə
  17 Aprel 2024    Oxunub:1047
Xəbər verdiyimiz kimi, keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB


Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

Sabiq deputatın ölümü ilə bağlı AzVision.az -a danışan millət vəkili Cavanşir Paşazadə bildirib ki, sonuncu dəfə Hadı Rəcəbli ilə dünən görüşüb:

"Dünən Lənkəran rayon icra başçısının dəvət etdiyi məclisdə görüşmüşdük. Çox gümrah, pozitiv idi. Danışıb gülürdü. Heç gözləmirdik ki, belə bir şey olacaq. Hadi müəllim çox zarafatcıl adam idi. Gecəyarısı ürəyi tutub və vəfat edib. Təciliyardım çağırıblar, ancaq xilas etmək mümkün olmayıb".

Deputat qeyd edib ki, H.Rəcəbli dövlətin qurulmasında və müstəqilliyində rolu olan bir adam olub:

"Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olub, 30 ilə yaxın millət vəkili kimi fəaliyyət göstərib. Həyata keçməyən bir arzusu yox idi. Hamısını reallaşdırmışdı. Tək istəyi yaşamaq idi.

Hadi Rəcəbli hələ gənc yaşlarında Lənkəran Şəhər Komsomol Komitəsinin katibi olub. Sonra böyük vəzifələrdə işləyib. Sonrakı dönəmdə də millət vəkili seçilib. Milli Məclisdə komitəyə rəhbərlik edib. 30 ilə yaxın fəaliyyəti davam edib, sonra da təqaüdə çıxıb".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti