Kosmosdan evinə zibil düşdü

Kosmosdan evinə zibil düşdü
  16 Aprel 2024    Oxunub:752
Beynəlxalq Kosmos Stansiyasına məxsus "zibil" üç il kosmosda dolaşdıqdan sonra Yerə düşüb.
Bu barədə "Space News" məlumat yayıb. Qeyd edilir ki, kosmik zibil Floridada evlərdən birinin damına düşüb.

“Proqres MS-22” kosmik gəmisi okeana düşdü - VİDEO
Xatırladaq ki, 2021-ci ilin mart ayında BeynəIxalq Kosmik Stansiya kosmosa köhnə batareyalardan ibarət yük paleti atılıb. Stansiyadan uzaqlaşdırılan zibilin ümumi kütləsi 2,6 min kiloqrama yaxın olub.

Hesablamalara görə məlum zibil 2024-cü il martın 8-də atmosferdə tamamilə yanıb külə dönəcəkmiş. Bununla belə, avadanlıqların bəziləri atmosferə daxil olarkən dağılmayıb və Florida ştatının Neapol şəhərindəki evə çırpılıb. "Space News" xəbər verir ki, təhlükəli zibil evin damına zərər vurub. Məlum olub ki, kosmik obyekt təxminən 7 kq ağırlığında imiş.
AzVision.az



Teqlər:   Kosmos  





Xəbər lenti