“Azərbaycanda hər bir dini icmaya hörmət var” – Milix Yevdayev (VİDEO)

   “Azərbaycanda hər bir dini icmaya hörmət var” –    Milix Yevdayev (VİDEO)
  16 Aprel 2024    Oxunub:8043
ABŞ Dövlət Departamentinin Azərbaycanı “dini etiqad azadlığını pozan ölkələr” siyahısına salmasına baxmayaraq, ölkəmiz, Konstitusiyada da vurğulandığı kimi, bütün milli azlıqların hüquq və azadlıqlarına daima böyük hörmətlə yanaşır.
Hərçənd, əhalinin əksəriyyəti müsəlmandır, ancaq Azərbaycanda etnik mənsubiyyətinə fərq qoyulmadan bütün vətəndaşların bərabərliyi və dini etiqad azadlığı prinsipləri ictimai quruluşun bünövrəsidir.

Bu yaxınlarda Prezidentin sərəncamı ilə tikilərək dağ yəhudilərinin ixtiyarına verilmiş əzəmətli sinaqoq binası belə bir ehtiramın bariz nümunəsidir. Bu, təkcə yəhudi icmasına yox, ölkədəki hər dini icmaya dərin hörmət əlamətidir. Eyni zamanda, yəhudi dini-mədəni mərkəzinin inşası Azərbaycanın dinlərarası dialoqa sadiqliyini diqqətə çatdırır.

Bütün dini icmalara dövlət səviyyəsində maddi dəstək ayrılır ki, bu da Azərbaycanın özünəməxsus mövqeyini göstərir. Sözügedən dəstək yalnız dini etiqad azadlığına təminat vermir, habelə mədəni və dini müxtəlifliyin mühafizəsində əhəmiyyətli rol oynayır. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, Azərbaycan öz tolerantlıq və mədəni müxtəliflik irsi ilə fəxr edir.



Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpasından sonra regionların, o cümlədən Qarabağın inkişafı istiqamətində fəal işlər aparılır. Hava limanlarının tikilməsi, yolların çəkilməsi, ağıllı kənd və şəhərlərin qurulması müstəqilliyi möhkəmləndirmək, xarici təhdidlərə qarşı dayanıqlılığımızı göstərmək strategiyasının tərkib hissəsidir.
Fransada və Azərbaycanda yəhudilərin vəziyyətinin fərqi - İcma rəhbərilə söhbət + Fotolar

Bu mənzərəni nəzərə alanda, ABŞ-nin rəsmi Bakı simasında Cənubi Qafqazda maneə ilə üzləşməsi təbii haldır. Regionda lider ölkəyə çevrilmiş Azərbaycanın çoxcəhətli uğurları bədxahlar arasında ciddi narahatlıq yaradır. Xalqımızın hətta ən kiçik bir zəfəri onları qıcıqlandırır. ABŞ Dövlət Departamentinin məlum addımı da Azərbaycanın müstəqilliyini pozmağa cəhddir.

Birliyimizə misal kimi ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Albert Aqarunovu xatırlaya bilərik. Onun azərbaycanlılarla çiyin-çiyinə vətənin müdafiəsi uğrunda göstərdiyi şücaət millətlərarası həmrəylikdən, sülh və firavanlıq naminə ortaq arzudan xəbər verir.

Azərbaycan xalqı dövlətin təməlini formalaşdıran və onu gələcəyə aparan birlik və qarşılıqlı hörmət ruhunu yüksək qiymətləndirir. Dini və milli müxtəlifliyə müsbət münasibət ölkədə sülh və əmin-amanlığı qorumaqla yanaşı bütün dünya üçün də ruhlandırıcı nümunə rolunu oynayır.


Teqlər:   Din   Dini-azadlıq  





Xəbər lenti