Donuzlardan insanlara mədəaltı vəzi hüceyrələri köçürüləcək

Donuzlardan insanlara mədəaltı vəzi hüceyrələri köçürüləcək
  10 Aprel 2024    Oxunub:1093
Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi bir qrup alim gələn il Yaponiyada mədəaltı vəzinin hormon istehsal edən endokrin hüceyrələrinin (Langerhans adacıqları) donuzdan insana köçürülməsi əməliyyatı keçirməyi planlaşdırır.
“Yomiuri” qəzetinin verdiyi məlumata görə, 1-ci tip şəkərli diabet xəstəsinə digər şeylərlə yanaşı, qan şəkərinin aşağı salınmasına cavabdeh olan hüceyrələr köçürüləcək.

Elm adamları güman edirlər ki, bu, xəstənin insulin inyeksiyalarından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Rədd edilmədən (rejection) qorunmaq üçün köçürülmüş Langerhans adacıqları, şəkər səviyyəsi yüksəldikdə insulinin insanın qanına axacağı kiçik deşikləri olan 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdiriləcək.

Bu ilin əvvəlində Yaponiya ilk dəfə olaraq genetik cəhətdən dəyişdirilmiş donuz yetişdirib, onun orqanları gələcəkdə rəddedilmə olmadan insanlara köçürülə bilər. Geni dəyişdirilmiş donuzların ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə transplantasiyası) məqsədilə yetişdirilməsi texnologiyası Amerika biotexnologiya şirkəti tərəfindən hazırlanıb. Yaponiya mütəxəssisləri ABŞ-dən gətirilmiş hüceyrələrdən istifadə edərək çoşqanı uğurla klonlaya biliblər.
AzVision.az



Teqlər: Donuz  





Xəbər lenti