Almaniya hökuməti TikTok açıb

   Almaniya hökuməti TikTok açıb
  08 Aprel 2024    Oxunub:1421
Almaniya hökuməti TikTok video platformasında qeydiyyatdan keçib və bundan sonra orada ictimaiyyəti kansler Olaf Şolts və onun rəhbərlik etdiyi kabinetin işi barədə məlumatlandıracaq.
Bu barədə jurnalistlərə Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib. "Hökumətin mətbuat xidməti hazırda TikTok-da mövcuddur. @TeamBundeskanzler kanalı bu gün fəaliyyətə başlayıb", - o qeyd edib.

Ona görə, Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti, yeni kanal sayəsində “TikTok da daxil olmaqla, siyasətdən getdikcə daha çox xəbərdar olan və fikir mübadiləsi aparan vətəndaşlar üçün informasiya təklifini genişləndirir.

Hebeştrayt deyib ki, kanslerin işi və hökumət siyasəti haqqında məlumat verməklə yanaşı, yeni kanal "şərhlər, suallar və təşəbbüslər üçün" yer verəcək. O, TikTok-da məlumatların ilk növbədə gənc auditoriyaya yönəldiləcəyini qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti