Dünyanın ən yaşlı kişisi vəfat edib

   Dünyanın ən yaşlı kişisi vəfat edib
  03 Aprel 2024    Oxunub:1480
Venesuela sakini, dünyanın ən yaşlı kişisi Xuan Visente Peres Mora 115 yaşında vəfat edib.
Bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib. Perez Mora 115 yaşına az qalmış tənəffüs yollarında yaranan ağırlaşmalar səbəbindən vəfat edib. 4 fevral 2022-ci ildə o, 112 yaşında dünyasını dəyişən ispan Saturnino de la Fuente Qarsiyanı qabaqlayaraq, 112 yaş 253 günlə dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Perez Mora uzunömürlülüyünü "daimi iş, yaxşı istirahət, erkən yuxu və gündəlik bir stəkan brendi" ilə əlaqələndirib. Perez Mora 27 may 1909-cu ildə Venesuelanın El Kobre şəhərində anadan olub. Ən uzunömürlü kişinin 11 uşağı var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti