Məşhur türkiyəli prodüser dünyasını dəyişib

   Məşhur türkiyəli prodüser dünyasını dəyişib
  02 Aprel 2024    Oxunub:1980
Qəflətən halı pisləşən türkiyəli prodüser və kinorejissor Türkər İnanoğlu aparıldığı xəstəxanada 87 yaşında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" hesabında məlumat yayıb.

Tanınmış prodüser Türkər İnanoğlu 1936-cı ildə dünyaya gəlib. 1960-cı ildə "Erler Film" adlı kino istehsalı şirkətini qurub. 84 filmin prodüseri kimi çalışıb, 71 filmə isə quruluş verib. Onun ərsəyə gətirdiyi ekran və televiziya işləri sırasında "Zübük", "Qara Murad: Fatehin fədaisi", "Tale quşu", "Yumurcaq" və s. filmlərini, habelə "Cənnət məhəlləsi", "Arxa küçələr", "Akasya dayanacağı" teleseriallarını göstərə bilərik.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   prodüser   vəfat  





Xəbər lenti