Merilin Monronun paltarı hərracda 325 min dollara satıldı

Merilin Monronun paltarı hərracda 325 min dollara satıldı
  30 Mart 2024    Oxunub:2482
Hollivud ikonası sayılan Merilin Monronun (1926-1962) və “Playboy” jurnalının banisi Hyu Hefnerin (1926-2017) əşyaları Los-Ancelesdə hərraca çıxarılıb.
AzVision.az xəbər verir ki, italiyalı modelyer Emilio Puççinin Merilin Monro üçün hazırladığı çəhrayı ipək paltar cümə axşamı günü keçirilən hərracda 325 min dollara satılıb. Hərracın təşkilatçısı “Julien’s Auctions” satış evinin məlumatına görə bu, ilkin qiymətdən təxminən səkkiz dəfə bahadır.

Hyu Hefnerin qarderobunda olan qara ipək pijama, başmaq və tünd qırmızı pencək isə 36 min dollara alıcısını tapıb. Bu isə ehtimal edilən qiymətdən demək olar ki, 17 dəfə çoxdur. Eyni zamanda, üz qabığında Merilin Monronun şəkli olan “Playboy” jurnalının 1953-cü il nüsxəsi hərracda 6 min 500 dollara satılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti