Dünyanın ən acı bibərini yeyən şəxs öldü

   Dünyanın ən acı bibərini yeyən şəxs öldü
  29 Mart 2024    Oxunub:1658
Rusiyanın Volqoqrad vilayətinin Kamışin şəhərinin sakini bir ay ərzində dünyanın ən acı çili bibəri olan “Carolina Reaper” yeyib, sonra xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Bu barədə TASS-a onun dostu məlumat verib. Bundan əvvəl sosial şəbəkələrdə və mediada 58 yaşlı Volqoqrad sakininin Carolina Reaper çili bibəri aldığı və bir ay ərzində müntəzəm olaraq yeməyə başladığı barədə məlumatlar yayılıb.

"Onu artıq dəfn edirik. O, uzun müddət xəstə idi və öldü. Bu, təkan oldu - ona (Carolina Reaper - Qeyd) bibəri yeməyə icazə verilmədi, lakin o, yedi”.

Volqoqrad vilayətinin Səhiyyə Komitəsindən verilən məlumata görə, kişi martın 28-də Kamışenskaya mərkəzi rayon xəstəxanasında dünyasını dəyişib. Komitə xəstənin diaqnozu və şikayətləri barədə məlumat verməyib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti