Dünya tarixində ilk: Bir gündə minlərlə temperatur rekordu qırıldı

      Dünya tarixində ilk:    Bir gündə minlərlə temperatur rekordu qırıldı
  13 Mart 2024    Oxunub:1580
Afrikada bir gündə minlərlə temperatur rekordu qırılıb və bu, əvvəllər heç vaxt görülməyib.
AzVision.az xəbər verir ki, bu barədə "The Watchers" məlumat yayıb.

Nəşrin məlumatına görə, fövqəladə isti hava dalğası martın 11-də Afrikada çoxsaylı temperatur rekordlarının qeydə alınması ilə nəticələnib. Kamerundan tutmuş Mavrikiyə qədər olan Afrika ölkələri mart ayında görünməmiş istilərlə üzləşib.

"Şimaldan cənuba və qərbdən şərqə demək olar ki, hər ölkədə rekordlar qırılıb. İqlim tarixində belə bir şey olmayıb", - klimatoloq və meteoroloji tarixçi Maksimiliano Herrera bildirib.

Onun sözlərinə görə, bu, iqlim tarixinin ən qeyri-adi hadisəsidir. "Bu gün baş verənlər nəsillərin yaddaşında qalacaq", - alim bildirib.

Kamerunda +45,5 °C temperatur qeydə alınıb - bu, mart ayının ən isti günü üçün yeni milli rekorddur. Qanada temperatur +43,8 °C-ə çatıb ki, bu da mart ayı üçün milli rekorda çevrilib. Nigerdə ​ temperatur +45 °C-ə yüksəlib. Burkina Faso da ölkə daxilində aylıq ən yüksək göstəriciləri qeyd edib.

Aytən Zəhra
AzVision.az








Teqlər:





Xəbər lenti