İtaliyada Pompey dövrünə aid freska tapılıb

İtaliyada Pompey dövrünə aid freska tapılıb
  02 Mart 2024    Oxunub:866
Pompey Arxaeloji Parkında aparılan qazıntılar nəticəsində yunan mifologiyasına aid Friks və Hella bacı-qardaşlarının təsvirindən ibarət qədim freska üzə çıxıb.
AzVision.az bildirir ki, bu barədə arxeoloji parkın direktoru Qabriel Züxtriqel məlumat verib.

"Bu, dövrümüzədək əla vəziyyətdə gəlib çıxmış gözəl freskadır. Friks və Hella mifi Pompeydə geniş yayılıb. Mifə əsasən, onlar ögey analarından qaçarkən dənizə üz tutublar. Nəticədə Hella suya düşərək boğulub", - arxeoloq söyləyib.

Canlı rənglərə, incə sənətkarlıq işinə malik freskada Hellanın boğulduğu an görünür və qardaşına tərəf dartınarkən dalğalar üzünü gizlədir.

Züxtriqel tapıntının mədəni və tarixi əhəmiyyətini vurğulayaraq, ümumilikdə arxeoloji işlər aparılan parkın yaxın gələcəkdə ictimaiyyətə açılacağını da diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: tarix   Pompey   freska  





Xəbər lenti