Bədənin immun reaksiyasının azalmasına səbəb olan amillər

 Bədənin immun reaksiyasının azalmasına səbəb olan amillər
  16 Fevral 2024    Oxunub:1319
Fransanın Paster İnstitutunun alimləri siqaretin orqanizmin sitokinlər (immun reaksiyaların inkişafında iştirak edən molekullar) istehsal etmə qabiliyyətinə mənfi təsir etdiyini aşkar ediblər. Sitokinlər dır.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub. Belə ki, bədənin reaksiyasının dəyişkənliyi ilə əlaqəli amilləri müəyyən etmək üçün elm adamları immun cavabın bir hissəsi kimi sitokinlərin öyrənilməsinə diqqət yetiriblər.

Sitokinlər - hüceyrələrarası qarşılıqlı əlaqəni, bölünməni, differensiasiyanı və immun cavabında iştirak edən hüceyrələrin cəlb edilməsini həyata keçirən kiçik həll olunan protein molekullarıdır.
Bunun üçün tədqiqatçılar müxtəlif sağlamlıq vəziyyəti, çəkisi və siqaret çəkmə tarixi olan minlərlə donorun qanında onların ifadəsini öyrəniblər. Alimlər stimullaşdırmanı mikrob, viral, T-limfositlər və sitokinlər tərəfindən aktivləşdirilən kimi təsnif ediblər. Məlum olub ki, siqaret anadangəlmə və adaptiv immun reaksiyalara mənfi təsir göstərir.

Sitokin ifadəsinin təhlili göstərib ki, bu pis vərdiş bədəndə iltihaba səbəb olur və Staphylococcus aureus (Qızılı stafilokokk) və Escherichia coli (Bağırsaq çöpləri) bakteriyalarına qarşı həssaslığın inkişafına kömək edir.

Staphylococcus aureus həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Xüsusən də bu bakteriyalar antibiotiklərə qarşı güclü müqavimət - multirezistentlik əldə etdikdən sonra daha təhlükəli olurlar. Bəzən onların bədəndən eliminasiya edilməsi bıyük bir problemə çevrilir.

AzVision.az


Teqlər:





Xəbər lenti