Kamal Abdulla ziyalılarla görüşdü

Kamal Abdulla ziyalılarla görüşdü
  22 İyun 2014    Oxunub:1104
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ziyalıları ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb, ölkədə tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanıb.

Diskussiya xarakterli görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürüblər.

Sonra dövlət müşaviri Tərtər şəhərindəki Cümə məscidində rayon dindarları ilə görüşüb.


Teqlər:





Xəbər lenti