Vyetnamlı qadın 50 ildir su və sərinləşdirici içkilərlə yaşayır

Vyetnamlı qadın    50 ildir    su və sərinləşdirici içkilərlə yaşayır
  30 Noyabr 2023    Oxunub:1975
Vyetnamda 50 ildir ki, yalnız su və sərinləşdirici içkilərlə yaşayan qadın aşkarlanıb.
Yerli "Dantri" nəşrinın yaydığı məlumata görə, 75 yaşlı qadın özünü əla hiss etdiyini deyib.

Buy Txi Loy 1963-cü ildə dağa qalxarkən onu ildırım vurub. Bundan sonra o pəhrizlə yaşamağa başlayıb. Qadın hadisə zamanı huşunu itiribmiş və ayılandan sonra yemək yeyə bilmədiyi üçün yalnız şirin sulardan istifadə etməyə başlayıb.

1970-ci ildə isə qadın ağır yeməklərdən həmişəlik imtina edib. Təqaüdçünün sözlərinə görə, təkcə yeməyin qoxusu onun ürək bulanmasına səbəb olur.

Amma vyetnamlı tez-tez sağlamlığının qaydasında olduğunu təsdiqləyən tibbi müayinələrdən də keçir. Bununla belə, Bui insanlara öz təcrübəsini təkrarlamağı məsləhət görməyib. Çünki sərinləşdirici içkilərin tərkibində çoxlu şəkər var və o, bir çox xəstəliklərə səbəb ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Vyetnam  





Xəbər lenti