2023-cü ilin ən nüfuzlu 25 qadını: Beyons və Ursula fon der Leyen

      2023-cü ilin ən nüfuzlu 25 qadını:   Beyons və Ursula fon der Leyen
  30 Noyabr 2023    Oxunub:2066
Britaniyanın Financial Times (FT) qəzeti 2023-cü ilin ən nüfuzlu 25 qadınının siyahısını dərc edib. siyahıya amerikalı aktrisa Margot Robbie, müğənni Beyons və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də daxil edilib.
Nəşrin qeyd etdiyi kimi, bu xüsusi layihə bir neçə ay ərzində onlarla bürodan olan yüzlərlə FT jurnalisti, onun oxucuları və bu sahənin liderləri ilə məsləhətləşmələr nəticəsində yaradılıb.

-Son nəticə, nüfuzlu mükafatlar almış qadınların siyahısıdır, lakin hətta Nobel Mükafatları, Pulitser Mükafatları, Qremmilər və Dünya Kubokları da onların işinin çoxşaxəli xarakterini tam əks etdirə bilmir, -Financial Times vurğulayır.

Reytinqsiz siyahıya Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya, iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının icraçı katibi Elizabet Maruma Mrema, Braziliyanın ətraf mühit naziri Marina Silva və İsveçrə Federal Şurasının üzvü Karin Keller-Sutter daxildir.

Siyahı həmçinin Cənubi Koreya musiqi qrupu aespa, yazıçı Lola Şonein, OpenAI texniki direktoru Mira Murati və digər qadınlardan ibarətdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Qadın  





Xəbər lenti