Tanışlığa cəhd edən iki kişini dişlədi

Tanışlığa cəhd edən iki kişini dişlədi
  30 Noyabr 2023    Oxunub:1137
Rusiyada maraqlı hadisə baş verib. Moskvadan olan bir qadın onunla tanış olmaq istəyən kişilərə qəribə şəkildə hücum edib.
Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə gecə yarısı baş verib. Şahidlərin sözlərinə görə, zərərçəkənlər özlərini aqressiv aparıblar və tənha qıza özləri yaxınlaşıblar.

"Onlar vətəndaşı öz kampaniyalarına qoşulmağa dəvət edib, bundan sonra qızı zorla aparmağa cəhd ediblər. Buna cavab olaraq qız kişiləri dişləyib", - məlumatda qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti