Yeni günəş sistemi kəşf edilib
Günəş sisteminin tədqiqi üçün NASA-nın "Transiting Exoplanet Survey Satellite" (TESS) və Avropa Kosmik Agentliyinin CHEOPS Teleskopu istifadə edilib.
Yerin daxil olduğu Süd Yolu Qalaktikasında yerləşən bu günəş sistemi planetimizdən 100 işıq ili uzaqlıqdadır.
Tədqiqatçılar hesab edirlər ki, planetlər sistemin günəşindən yaşayış üçün əlverişli məsafədə olmadığı üçün orada həyat yoxdur. Sistemin mərkəzində yerləşən HD 110067 adlı günəşin başqa planetlərinin də ola biləcəyini düşünən tədqiqatçılar indiyə qədər kəşf edilən sistemlərin Günəş ətrafında tam dövrəsinin 9 ilə 54 gün arasında olduğunu qeyd ediblər.
Tədqiqatın müəlliflərindən olan Enrik Palle təxminən 50 sinxron günəş sisteminin kəşf edildiyini, lakin onların heç birində HD 110067 qədər planetin olmadığını bildirib. Kəşf nəticələri və araşdırmanın təfərrüatları "Nature" jurnalında dərc olunub.
AzVision.az
Teqlər: